MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı internet müsabiqənin ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı internet müsabiqə (bundan sonra - Müsabiqə) Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə vəsaiti hesabına keçirilir.
1.2. Hazırki Əsasnamə Müsabiqənin təşkilati, iştirak, əsərlərin qiymətləndirilməsi və qaliblərin mükafatlandırılması şərtlərini müəyyən edir.
1.3. Müsabiqənin təşkili və keçirilməsi humanizm, geniş iştirak, ümümbəşər dəyərlərinə hörmət, vətəndaşlıq, şəxsiyyətin azad inkişafı prinsipləri əsasında qurulur və Müsabiqə iştirakçılarının hüquq və maraqlarının qorunmasını əsas tutur.
1.4. Müsabiqənin rəsmi internet səhifəsi: www.artcis.az
1.5. Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
1.6. Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun büdcə vəsaitləri hesabına maliyyələşdirilir.
1.7. Hazırki Əsasnamə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edillib. Müsabiqənin Təşkilat Komitəsinin (TK) hüquqi ünvanı: Bakı ş. Olimpiya küç. 4, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi.

2. İnterenet-müsabiqənin məqsəd və vəzifələri

2.1. Müsabiqənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının və əməkdaşlığın inkişaf etdirilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılması;
2.2. MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi;
2.3. Geniş iştirak imkanını təmin edən müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə gənclərin yaradıcılığının dəstəklənməsi;
2.4. Müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə daha geniş iştirakçı və tamaşaçı kütləsinin cəlb edilməsi, həmçinin vizual incəsənət formalarının və elektron-texniki imkanların birləşdirilməsi;
2.5. İncəsənətdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirlməsi və populyarlaşdırılması.

3. Müsabiqədə iştirak etmək üçün şərtlər

3.1. İnternet-müsabiqədə 18-30 yaşlı gənclər iştirak edə bilər.
3.2. Vizual incəsənət sahəsində istər peşəkar, istərsə də həvəskar və ya yeni başlayan, müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun iş təqdim edən şəxslər İnternet-müsabiqədə iştirak edə bilərlər.
3.3. İştirak üçün Təşkilat Komitəsinin info@artcis.az elektron ünvanına aşağıdakıları təqdim etmək lazımdır:
• işin jpeg formatında fotosu (mak. ölçü 5 Mb);
• iştirakçının doldurulmuş anketi;
• şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti.
3.4. Anketdə işin təsvirinin və onun fəlsəfi konseptinin qeyd olunması qiymətləndirmə zamanı ənəzərə alınır.
3.5. Müsabiqəyə qəbul edilən işlər Müsabiqənin internet səhifəsində yerləşdirilir.
3.6. İşlər TK tərəfindən internet səhifədə iştirakçının qeyd etdiyi nominasiyalara müvafiq olaraq yerləşdirilir. Nominasiya daxilində işlər daxil olma sırası ilə düzülür.
3.7. Mövzuya uyğun olmaq şərti ilə bir rəssamın bir neçə işi Müsabiqədə iştirak edə bilər.

4. Müsabiqənin nominasiyaları

4.1. Müsabiqəyə 4 (dörd) əsas nominasiya daxildir:
1) rəngkarlıq, qrafika, heykəltəraşlıq - 3 qalib;
2) fotoşəkil - 3 qalib;
3) kompyuter qrafikası - 3 qalib;
4) instalyasiya, performans -3 qalib.
4.2. 2 (iki) xüsusi mükafat:
«İdeyanın ən yaxşı ifadəsi» - 1 qalib;
«Ən yaxşı texniki həll» - 1 qalib.

5. Müsabiqənin Münsiflər heyəti

5.1. Müsabiqəyə təqdim olunan işlər Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
5.2. İşlərin təsvirinin və fəlsəfi konseptinin internet səhifədə dərc edilməsi və ya edilməməsi ilə bağlı qərar Münsiflər heyəti tərəfindən qəbul edilir.
5.3. Müsabiqənin Münsiflər heyətinin qərarı internet səhifədə dərc olunacaq.
5.4. Müsabiqənin qalibləri Münsiflər heyətinin bütün üzvlərinin ekspert qiymətləndirməsinin nəticələrinə əsasən müəyyən olunur və qiymətli hədiyyələr və Diplomlar ilə təltif olunurlar.
5.5. Müsabiqənin mövzusuna cavab verməyən, özündə ekstremizmi, ədavəti, zorakılığı təbliğ edən, insan ləyaqətini təhqir edən işlər müsabiqəyə buraxılmır.
5.6. Təqdim olunan işlər Müsabiqənin standartına uyğun olmadığı və ya işlər arasında mükafata layiq iş olmadığı halda TK-nin qərarına əsasən nominasiyada qalib elan olunmur.

6. İnternet-müsabiqənin keçirilmə müddəti və mərhələləri

Müsabiqə 2019-cu ilin mayın 15-dən sentyabrın 30-a kimi keçiriləcək:
1.Potensial namizədlərin Müsabiqənin keçirilməsi haqqında məlumatlandırılması:
1 iyun - 15 iyun
2.Müsabiqədə iştirak üçün ərizələrin qəbulu. İşlərin Müsabiqənin internet səhifəsində dərc olunması. Nominantların seçimi:
15 iyun - 15 sentyabr
3.Müsabiqənin nominant işlərinin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi.:
15 sentyabr - 1 oktyabr
4.Münsiflər heyətinin qərarının internet səhifədə dərc olunması:
1 oktyabr
5.Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi:
Payız

7. Müsabiqənin mükafat fondu

7.1. Müsabiqənin ümumi mükafat fondu ______USD təşkil edir.
7.2. Bütün dövlət və özəl qurumlar, ictimai təşkilatlar və fiziki şəxslər istənilən nominasiyada və ya nominasiya xaricində öz mükafatlarını təqdim edə bilərlər. İnternet-müsabiqənin başa çatmasına 20 gün qalmış onlar öz qərarları haqqında təklifləri TK-nin ünvanına göndərməlidirlər. Müsabiqə çərçivəsində yeni mükafatların təsisi haqqında son qərar TK tərəfindən verilir.

MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı internet müsabiqənin KONSEPSİYASI

MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı internet müsabiqə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə vəsaiti hesabına keçirilir.

Müsabiqənin məqsədi

Müsabiqənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının və əməkdaşlığın inkişaf etdirilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılması;
MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi;
Geniş iştirak imkanını təmin edən müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə gənclərin yaradıcılığının dəstəklənməsi;
Müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə daha geniş iştirakçı və tamaşaçı kütləsinin cəlb edilməsi, həmçinin vizual incəsənət formalarının və elektron-texniki imkanların birləşdirilməsi;
İncəsənətdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirlməsi və populyarlaşdırılması.

İştirakçılar

Müsabiqədə yaşı 18-30 olan gənclər iştirak edə bilər.

Müsabiqənin konsepsiyası

Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən müsabiqənin konsepsiyasının əsasını böyük Azərbaycan şairi və orta əsr mütəffəkkiri Nəsiminin ( İmadəddin Nəsimi, 1369-1417) fəlsəfi doktrinasının ana xətti təşkil edir.
"Məndə sığar iki cahan, mən bu cahana sığmazam ..." - Nəsiminin "əbədiyyət üfüqündə doğan günəş" adlandırılan bu sətrləri olduqca dəqiq və çox dərin fəlsəfi-teoloji mənaya malikdir. Zamanın ruhunu əks etdirən və cəmiyyətdə mənəvi dəyərləri müəyyənləşdirən bu sətrlər kifayət qədər geniş təfsirə malikdirlər. İdeya müəlliflərinin fikrincə, mədəniyyətdə mövcud olan durğunluqdan sonra, aktiv yaradıcı axtarışlar, formaların partlayıcı təftişi, məzmunun dərinləşməsi və kainatın yaradılışının dərin mənasının axtarışı üçün zaman gəlmişdir.
Bütün bunlar, yaradıcı insanların inanılmaz dərəcədə yüksək işgüzarlığı, əşyaları fərqli bir sosial-mədəni baxış prizmasından görmək cəhdi, görmək, tanımaq, anlamaq, paylaşmaq və yaşamaq istəyi fonunda baş verir.
Müsabiqənin mövzusu yaradıcı gənclərin indiki, gerçək dünyanı və eyni zamanda o dövrün düşüncə, duyğu və baxışlar dünyasını dərk etmək istəyinə cavab verir.
Müsabiqənin dahi Nəsimi yaradıcılığını tanıdan ideyası, gənc sənətkarı keçmişə qərq olub, eyni zamanda gələcəyə boylanaraq zaman və məkan müstəvisində hərəkət etməyə təşviq edir.

Media müsabiqə konsepsiyası üçün aşağıdakı şərhlər vacibdir:
• Media aləminin çoxfunkisionallığı (təhsil və düşüncə tərzinin universallığına görə Avropa İntibah dövrünün titanlarını üstələyən dahi Nəsimi şəxsiyyəti və onun fəlsəfi konsepsiyasının çoxmənalılığı ilə anologiya təşkil edir),
• Baş verən hadisələrin düzgün analiz edilməsi, varlığın qanunlarını dərindən dərk etmək və adi inanc və biliklərdən kənara çıxmaq istəyi (bunlar həm Nəsiminin baxışları, həm də müasir yaradıcı gəncin kütləvi informasiya vasitələri sayəsində genişlənməkdə olan dünyagörüşü üçün də xarakterikdir)
• Öz prinsiplərinin müdafiəsində iradə möhkəmliyi (Öz inanclarına görə əziyyət çəkən Nəsimi bu möhkəmliyi göstərə bilmişdi. Bu möhkəmlik yaradıcı gənclərə də lazımdır, xüsusilə də bizim dövrümüzdə - incəsənət sahəsində fundamental və texnoloji dəyişikliklərin baş verdiyi və hər kəsin şəxsi baxışları üçün hüquqlarını müdafiə etməli olduğu bir dövrdə)
• Ətrafdakı intellektual və mənəvi mühitin stereotiplərinin ətalətinə qarşı üsyan (bu gəncliyə və yaşından aslı olmayaraq istənilən həqiqi sənətkara xas olan xüsusiyyətdir).

Beləliklə, "Məndə sığar iki cahan..." müsabiqəsinin iştirakçılarına aşağıdakı suallar üzrərində düşünmək təklif olunur:
• Nə dərəcədə istənilən gənc adam öz fəlsəfi konsepsiyasına sahib olmaq və onu müdafiə etmək bacarığına malikdir?
• Reallığın kortəbii əksindən uzaqlaşaraq həmin reallığın və eyni zamanda öz şəxsiyyətinizin yeni tərəflərini necə göstərmək olar?
• Bəlkə də reallığı deyil, məsələn fentezi janrının nümunələrində olduğu kimi, irreallığı - paralel dünyaları göstərmək lazımdır?
• Dünyanın mənasını nə təşkil edir?
• Ətraf dünya necədir və bu dünyada şəxsiyyət kimdir?

Media aləmi - müəyyən dərəcədə "virtual" ölçü aləmidir. Lakin müsabiqənin virtual forması (onlayn) və konsepsiyaya xas olan müəyyən zahiri "virtuallıq" müsabiqə iştirakçılarının işləri üçün dominantlıq təşkil etməməlidir.
İştirakçıların qarşısında duran əsas məqsəd və vəzifələr ideyanın, konsepsiya ilə bağlılıq təşkil edən mövzunun texniki ifadə vasitələrinin və formalarının yeniliyidir.
Bu konsepsiyanın ən vacib məqamlarından biri şablonların qanunauyğun şəkildə inkar edilməsi və konservativlik ilə mübarizədir ki, bu da həm insanın, həm də bütövlükdə cəmiyyətin, demokratiyanın inkişafının əsas məqamıdır.
Bu mənada müsabiqənin iştirakçı auditoriyası bərabər şansa malikdir, çünki bu gəncləri yalnız özlərinin yaşı deyil, həmçinin SSRİ-nin dağılması ilə demək olar ki, eyni vaxtda müstəqillik qazanan ölkələrində əldə edilmiş demokratiyanın yaşı birləşdirir. Məhz bu ümumi prizma vasitəsilə müasir cəmiyyətdəki hər bir yaradıcı fərdə məxsus özünüdərk xüsusiyyətlərini görmək böyük maraq kəsb edir.

Müsabiqənin reqlamenti:

Müsabiqə 30 yaşına qədər olan gəncləri əhatə edir.
İşlərin üslubunu, texnikasını və formatını müəlliflər müstəqil olaraq seçirlər.
Müəlliflər işlərini info@artcis.az. ünvanına göndərirlər. İşlər Münsiflər heyətinə təqdim edilmək üçün Təşkilat Komitəsi tərəfindən seçilir. Təşkilat Komitəsinin seçdiyi işlər internet səhifənin bütün istifadəçilərinə təqdim olunur.
Münsiflər heyəti - incəsənət və art-biznes sahəsinin mütəxəssisləri onlayn rejimdə gizli səsvermə yolu ilə qalibləri müəyyən edir. Qaliblər xalların ümumi cəminə əsasən müəyyən olunur.
Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi 2019-cu ilin payızında Bakı şəhərində keçiriləcəkdir.

rəngkarlıq, qrafika, heykəltəraşlıq

Rəngkarlıq - səthə boya tətbiq edərək vizual görünüşlərin köçürülməsi ilə əlaqəli vizual sənət növüdür. Möhtəşəm, monumental, dekorativ, teatr və dekorativ, miniatür olmaqla beş növü var....

ətraflı »

fotoşəkil

Fotoqrafiya - foto materialdan və ya yarımkeçirici transdüserdən istifadə edərək optik radiasiyanın qeydiyyata alınması şəkillərinin texnologiyası. ...

ətraflı »

kompyuter qrafikası

Kompüter qrafikası (həmçinin maşın qrafikası) xüsusi proqram təminatı ilə birlikdə kompüterlər vasitəsilə (sintez) düzəldilən və rəqəmləşdirmə üçün istifadə edilən bir sahədir....

ətraflı »

instalyasiya

İnstalyasiya - (İngilis dili quraşdırma - yerləşdirmə,quraşdırma) müxtəlif hazır məhsullardan və təbii obyektlərdən yaradılmış məkan kompozisiyası olan müasir sənət formasıdır ......

ətraflı »