Yusubov Əli Cavid oğlu

Год рождения: 02.02.2001
Место проживания: Lənkəran şəhəri, Səttərxan küç. 13
Гражданство:azərbaycanlı
Образование: 2007-ci ildə V. Əliyev adına Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin 1-ci sinfinə qəbul olunmuşam. 2018-ci ildə həmin Məktəb-Liseyin nəzdində pilot layihə kimi fəaliyyət göstərən “İSTƏK” liseyini bitirmişəm. 2018-ci ildə Bakı Mühəndislik Universitetinin Memarlıq (ingilis dilində) fakültəsinə qəbul olunmuşam. Hal-hazırda həmin universitetin ikinci kurs tələbəsiyəm.
2016-cı ildə Respublika üzrə keçirilən İnformatika Layihə Olimpiadasında iştirak etmiş və Animasiya nominasiyası üzrə, 2016-cı ilin Aprel döyüşlərinə həsr etdiyim qısametrajlı filmə görə qızıl medal qazanmışam.

«GƏNCİ-NİHAN»

Год создания: 2019
Формат:
Материалы: akvarel
Номинация: kompyuter qrafikasi
Краткая концепция: Mən öz işimi “Gənci-nihan” adlandırdım. Bu ifadə, Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əsrlər boyudur ki, dillər əzbəri olan “Sığmazam” qəzəlindəndir. Müsabiqənin “Məndə sığar iki cahan...” adlandırılması da həmin qəzəl ilə bağlıdır. “Gənci-nihan” Gizli xəzinə deməkdir. Nəsimi Azərbaycanın ədəbiyyat və fəlsəfə tarixindəki ən gizli xəzinə olaraq qalır və bu il biz bu gizli xəzinənin 650 illiyini qeyd edirik.
“Gənci-nihan” mənim kompüter qrafikası ilə, pixel-art janrında çəkdiyim ilk böyük həcmli işimdir. Bu janrın seçilməsində məqsəd qədim miniatür sənətinin gözəlliyini müasir rəqəmsal texnologiya vasitəsilə yenidən göstərmək və üçölçülü olmadan belə mənanı lazımınca ifadə etmək imkanı yaratdığını xatırlatmaqdır.
Çərçivənin bənövşəyi rəngdə olması sirri, şəkildən kənardakı naməlumluğu göstərir, ümumi rəsmdən öz monotonluğu ilə kəskin fərqlənməsin deyə, uyğun çalarlardan istifadə olunaraq, müəyyən bir tekstur verilib.
Əsər özü üç hissədən ibarətdir: 1) Mərkəzdə “iki cahan”dan keçən Günəş təsvir olunub. Günəş obrazını onun önündə dayanan üç fiqur təmsil edir və bunlar Nəsiminin ömür yolunun üç mərhələsini bildirir. Nəsiminin edamı batan, amma batması ilə eyni zamanda digər tərəfdən doğan Günəşi ifadə edir (şəklə tərsinə baxanda bu aydın görünür). 2) Aşağıda Nəsiminin bütün ruhu ilə qarşı dayandığı və mübarizə apardığı istibdad zülməti, rəngsiz ölümü təmsil edən, insan kəllələrindən qurulmuş dağın zirvəsində dayanmış hökmdar siması təsvir olunub. 3) Yuxarıda Nəsimi və onun iki cahandan kənar olan, onların heç birinə sığmayan obrazı verilib. Vücuduna kainat sığan Nəsiminin üzündəki qızılı rəng Günəşi və “Gənci-nihan”ı, yəni gizli xəzinəni bildirir.