Mahmudova Ülviyyə Arzu qızı

Год рождения:06.03.1994
Место проживания:Azərbaycan, Gəncə ş
Гражданство:Azərbaycanlı
Образование: 2012-ci ildə Gəncə şəhərində 34 saylı orta məktəbi bitirmişəm, həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakultəsinin Dünya İqtisadiyyatı ixtisasına daxil olmuşam, 2016-cı ildə həmin universiteti bitirmişəm. Uşaqlıq yaşlarımdan rəssamlıqla maraqlanıram və həvəskar olaraq məşqul olmuşam. 2010-ci ildə Yaponiyada orta məktəb şagirdləri arasında keçirilən Beynəlxalq Rəsm Müsabiqəsinə qatılmışam və əl işim 1ci yerə layiq görülüb. 2015-ci ildə Türkiyyədə keçirilən “Xocalı Soyqırımına ədalət” Beynəlxalq Rəsm- afişa Müsabiqəsində iştirak etmişəm. Bundan başqa yerli rəsm sərgi və müsabiqələrində də iştirak etmişəm: bunlardan biri “Kreativ İstedad”rəsm sərgisi, “İstedadlı Tələbələr Azərbaycanda” müsabiqə, “Sənətə çevrilən estetik duyğular” rəsm sərgisi və sayr sərgilər.

«Məndə Sığar iki Cahan, Mən bu Cahana Sığmaram»

Год создания: 2019
Формат:50x70
Материалы: Kətan, yağlı boya
Номинация: Rəngkarlıq
Краткая концепция: O, ucsuz bucaqsız, saf suları ilə əhatə olunan Dənizdir... Dəniz böyükdür , okeanlara qovuşan sonsuz bir ümmandır, götürsək nəhəng bir su dünyasıdır. O, bu dünyanın dərinliklərində yaşayan gözəllikdir.
Düşüncələri, dəniz dalğaları kimi hər zaman aşıb daşan, insan ruhunu oxşayan həqiqətlərdir:
“Bulmuşam Həqqi, “Əhəlhəq”söylərəm,
Həq mənəm, Həq məndədir, Həq söylərəm!”
O, susuzluqdan əziyyət çəkən ucsuz bucaqsız Səhradır..
Dünyaya ona görə sığmadı ki, Allaha sığındı. Əgər dünyaya sığınsaydı, dünya onu içində gizlədəcəkdi.
“Gərçi bu gün Nəsimiyəm, haşımıyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.”